XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

24 Aprel 2017 - 17:55

Venesuela prezidenti müxalifəti yerli seçkilərin keçirilməsinə çağırıb

Bazar günü Venesuela prezidenti Nikolas Maduro milyonlarla etirazçının tələb etdiyi erkən prezident seçkisinin əvəzinə yerli seçkilərin keçirilməsinə çağırıb.

Bundan əlavə xalqa həftəlik müraciətində Maduro müxalifət düşərgəsi ilə danışıqların bərpasına da çağırıb. Bu ayın əvvəli başlayan və 20 nəfərin ölümü ilə nəticələnən etirazların sonuncusu bazar ertəsinə təyin edilib.

Nümayişçilər ötən ilə planlaşdırılan prezidet seçkisinin erkən keçirilməsinə və Maduronun istefasına çağırır. Hökümət isə bunu rədd edir. Şənbə günü Venesuela boyu etirazçılar dinc, sakit yürüş keçirərək ölənlərin xatirəsini yad ediblər.

Demək olar hər gün keçirilən etirazlar Ali Məhkəmənin müxalifətin nəzarət etdiyi Konqresin səlahiyyətlərini ələ keçirməyə cəhd etməsindən sonra başlayıb. İnsan haqları qrupları deyir ki, mindən çox insan nəzarət altına alınıb, onların 700-dən çoxu isə hələ də həbsdədir.

Müxalifət höküməti Venesuelanın bir zamanlar inkişaf edən iqtisadiyyatının çökməsinə səbəb olmaqda günahlandırır. İqtisadi tənəzzül səbəbilə ölkədə ərzaq və dərman çatışmazlığı yaranıb. (Amerikanın səsi)