XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 April 2015 - 06:11

Qiyamçılar Ədəndəki rus konsulluğunu qarət etdilər

Basqın zamanı rus diplomatları binada olmayıblar

Şiə qiyamçılar Rusiyanın Ədəndəki Baş Konsulluğuna hücum edib oranı qarət ediblər.

Strateq.az Vzqlyad.ru-ya isnadən bildirir ki, husilərin hərbi birləşməsi və keçmiş prezident Əli Abdulla Salehin tərəfdarları dünən Baş Konsulluğun qapılarını sındırıb binadakı əmlakı və texniki vasitələri ələ keçiriblər. Şahidlərin dediyinə görə, qiyamçılar avadanlıq və sənədləri binadan çıxarıb avtomiobillərə yükləyərək naməlum istiqamətə yollanıblar.

Basqın zamanı rus diplomatları binada olmayıblar.

Qeyd edək ki, Rusiya Yəməndəki vətəndaşlarını çıxartmaq üçün Sənaya xüsusi təyyarə göndərib. Lakin Səudiyyənin başçılıq etdiyi koalisiyanın icazəsi olmadığından təyyarə paytaxt aeroportuna enə bilməyib.