Fransa Prezidenti Fransua Olland prezident seçkilərində Emmanuel Makronun namizədliyini dəstəkləyib.
Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.
F.Olland keçmiş iqtisadiyyat naziri Makrona səs verəcəyini bildirib: "Çünki Makron Fransa xalqını birləşdirmək üçün ən yaxşı namizəddir".
Fransa prezidenti "Milli Cəbhə" Partiyasının lideri Marin Le Penin seçkilərin ikinci turuna çıxmasını ölkə üçün risk adlandırıb.