XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

24 Aprel 2017 - 23:28

3 aydır görünməyən Obama eks-prezident kimi ilk çıxışını etdi –Çikaqoda

ABŞ-ın keçmiş prezidenti Barak Obama bu vəzifədən gedəndən sonra ilk dəfə ictimaiyyət arasına çıxıb. O, aprelin 24-də siyasi karyerasına başladığı Çikaqoda danışıb.

Çikaqonun meri Rahm Emanuel deyib ki, Obamanın prezident kimi son və eks-prezident kimi ilk çıxışı üçün bu şəhəri seçməsindən qürur duyur.

Rahm Obamanın Ağ evdə işlər idarəsinin ilk rəhbəri olub.

Obamanın keçmiş baş müşaviri Devid Akselrod deyib ki, keçmiş prezidentin gözlənən çıxışı «onun daha aydın şəkildə irəliyə getməsinin» əlamətidir.

Keçmiş prezident Çikaqo Universitetində gənc icma liderləri və təşkilatçıları qarşısında çıxış edib. Obama deyib ki, Çikaqoda 30 il əvvəl təşkilatçıların birgə çalışması, qeyri-adi işlər görə bilməsindən ibrət alıb.

ABŞ-ın 44-cü prezidenti gələcək nəsillərin dünyaya sahib çıxması üçün çalışacağına ümid bəslədiyini deyib. O bildirib ki, gəlir bərabərsizliyi, iqlim dəyişikliyi və ədalətsiz kriminal ədliyyə sistemi kimi problemlər ciddi olsalar da, düzəldilməz deyil.

Obama hakimiyyətdən getdiyi 3 ay ərzində ictimaiyyət arasında görünmürdü.

Donald Trampın prezidentliyə layiq olmadığını deyən sabiq prezident onun fəaliyyətlərinə dair heç bir şərh verməyib.

Çikaqo Universitetində Obamanın prezident kitabxanası yaradılacaq.

 

Amerikaninsesi.org