XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Aprel 2017 - 10:33

Rusiyanın “Taliban”ı silahlandırdığı üzə çıxır –ABŞ müdafiə naziri bunu "beynəlxalq qanunların pozulması" sayır

ABŞ müdafiə naziri Jim Mettisin Əfqanıstana səfəri etdiyi bir vaxtda Amerika rəsmilərindən biri Rusiyanın "Taliban" döyüşçülərinə silah verdiyini deyib.

Əfqanıstandakı ABŞ qoşunlarının komandanı general Con Nikolson aprelin 24-də Kabulda Mettislə birgə keçirdiyi mətbuat konfransında deyib ki, o, “Rusiyanın "Taliban"a silah verməsinə dair məlumatları təkzib etmək niyyətində deyil”.

Buna baxmayaraq, general Nikolson məsələnin təfərrüatlarına varmayıb. Lakin bundan əvvəl, aprelin 24-də ABŞ hərbi komandanlığının adının çəkilməsini istəməyən rəsmisi müxbirlərə demişdi ki, Rusiya "Taliban"a pulemyotlar və başqa orta ağırlıqlı silahlar verir.

Sözügedən rəsmi adının çəkilməməsi şərtilə jurnalsitlərə deyib ki, kəşfiyyat məlumatlarına görə, hazırda "Taliban" döyüşçüləri Rusiya silahlarından cənubdakı Helmand, Qəndahar və Uruzqan vilayətlərində gedən göyüşlərdə istifadə edirlər.

Rusiya "Taliban"a hər hansı dəstək verdiyi barədə iddiaları təkzib edir.

Rusiya bildirir ki, onun "Taliban"la əlaqələri yalnız təhlükəsizliyin təminatı və ekstremist islamçıların hökumətlə barışıdırılması kimi məsələlərlə məhdudlaşır.

Aprelin 24-də Rusiyanın Əfqanıstandakı fəaliyyəti ilə bağlı suala cavab verərkən Mettis Vaşiqntonun Rusiyanın "Taliban"a silah verməsi barədə məlumatlardan getdikcə daha çox narahat olduğunu bildirib.

Müdafiə naziri deyib ki, Vaşiqnton bu sahədə mümkün olan məqamlarda Rusiya ilə diplomatik kanallarla təmas quracaq.

Bununla belə, Mettis deyib ki, Birləşmiş Ştatlar Rusiyanın beynəlxalq qanunları pozmasının və suveren dövlətlərin daxili işlərinə qarışmasının qarşıasını alacaq.

Mettis bildirib ki, “məsələn, haradansa üçüncü ölkələrdən Əfqanıstana silah ötürülməsi beynəlxalq qanunların pozulması sayılacaq”.

Azadliq.org