XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

25 Aprel 2017 - 13:31

Mariya Zaxarova:"Qəlbimiz erməni xalqı ilə birlikdədir”

“Bizim qəlbimiz erməni xalqı ilə birlikdədir”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün “Facebook” səhifəsində yazıb.

“24 aprel erməni soyqırımı qurbanlarının xatirə günüdür. Kimsə “soyqırım” sözünü tanımır, kimsə qurbanların sayını şübhə altına alır, “olub-olmayıb” müzakirəsi aparır. Rusiya Dövlət Duması isə hələ 1995-ci ildə “Erməni xalqının tarixi vətənində – Qərbi Ermənistanda 1915-1922-ci illərdə məruz qaldığı soyqırımın müzakirəsi haqqında” qərar qəbul edib”, – deyə, M. Zaxarova qeyd edib.

Hazırda Nyu Yorkda olan M. Zaxarova şəhərdəki erməni kilsəsinə baş çəkdiyini də yazıb:BMT binasından bir neçə dəqiqəlik məsafədə erməni kilsəsi var. Ora getdim. Harada olmağımızdan asılı olmayaraq, qəlbimiz erməni xalqı ilə birlikdədir”.   

APA