İsrail Baş naziri Benyamin Netanyahu ölkəsində səfərdə olan Almaniya Xarici İşlər naziri Ziqmar Qabriellə görüşünü ləğv edib.
Bu barədə Netanyahunun sözçüsü Devid Keyes məlumat verib.
Görüşün ləğv edilməsinə səbəb kimi alman nazirin İsrailin Fələstindəki işğallarını araşdıran QHT-lərə ziyarətin planlaşdırılması göstərilib.
Qeyd edək ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin də 6-9 may tarixlərində İsrailə səfəri gözlənilir.
Axar.az