XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 April 2017 - 10:14

ABŞ Hərbi Hava Qüvvələri ballistik raketisınaqdan keçirəcək

ABŞ Hərbi Hava Qüvvələri Mərkəzi Kaliforniya sahillərindəki Vandenberq bazasında “Minuteman III” qitələrarası ballistik raketinin sınağını keçirəcək.

Azərtac “Los Anceles Times” qəzetinə istinadla xəbər verir ki, sınaq raketin effektivliyini, dəqiqliyini və hazırlığını yoxlamaq məqsədi daşıyır.

Vandenberq bazasının rəisi, polkovnik Kris Moss bildirib ki, raketin sınaqdan keçirilməsi ölkənin milli nüvə qüvvələrinin gücünü yoxlamaq və milli nüvə imkanlarımızı göstərmək üçün çox vacibdir.

ABŞ-da fəaliyyət göstərən Nüvə Dövrü Sülh Fondu qeyri-hökumət təşkilatı raketin sınaqdan keçirilməsi qərarını tənqid edərək, bunun Birləşmiş Ştatlarla Şimali Koreya arasında gərginliyi daha da artıracağını bildirib.

Xatırladaq ki, bir neçə həftə əvvəl Şimali Koreya da ballistik raketlərin sınağını keçirmişdi.