Livandakı gecə klublarından birində silahlı insident zamanı 8 nəfər ölüb, 4 nəfər ağır yaralanıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə paytaxt Beyrutun yaxınlığındakı əyləncə məkanında baş verib.
ölənlər və yaralananlar arasında polis əməkdaşları da var. İnsidentin narkotik ticarəti ilə bağlı olduğu bildirilir. İş üzrə cinayət işi başladılıb, təhqiqat gedir.