XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

26 Aprel 2017 - 15:17

Obamanın 400 min dollar qonorar istəməsikəskin tənqid edilib

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın “Wall Street”də çıxışına görə 400 min dollar qonorar istəməsi kəskin tənqid edilib.

“Report” BBC-yə istinadən xəbər verir ki, “New York Post” qəzeti bu barədə tənqidi məqalə yazıb.

“Qarşıdan gələn tədbirdəki çıxışı Barak Obamanı “Wall Street”in yeni piyli pişiyi edəcək”, – qəzet yazıb.

O, 2009-cu ildə CBS telekanalına müsahibəsində bildirib: “Ağ evə “Wall Street”in piyli pişiklərinə yem paketi verməyə gəlməyib”.

Qeyd edək ki, bu ilin sentyabrında ABŞ-ın 44-cü prezidenti Nyu-Yorkda “Wall Street” maliyyə mərkəzində sağlamlıq məsələləri üzrə konfransda bir gün əsas aparıcı olacaq. Ona görə də mərkəz ona 400 min dollar qonorar verəcək. Bu məbləğ keçmiş prezident Bill Klinton və xanımı, keçmiş dövlət katibi Hillari Klintona veriləcək qonorardan çoxdur.