XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

26 Aprel 2017 - 16:26

“Enagas” ilin ilk rübündə 102,8 milyon avromənfəət əldə edib

İspaniyanın “Enagas” şirkətinin 2017-ci ilin birinci rübündəki xalis mənfəəti 102,8 milyon avro olub.

Azərtac xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, həmin göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.

Cari ilin birinci rübünün sonuna “Enagas”ın xalis borcu 4,913 milyard avro təşkil edib. Şirkətin maliyyə ehtiyatları 2,288 milyard avro olub. Hesabat dövründə şirkət 264,1 milyon avro dəyərində sərmayə qoyuluşu həyata keçirib.

Qeyd edək ki, “Enagas” Azərbaycan təbii qazını Avropaya nəql edəcək “Trans-Adriatik” (TAP) boru kəməri layihəsində 16 faizlik səhmə sahibdir. Şirkət 1972-ci ildə təsis edilib.