XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

26 Aprel 2017 - 18:29

Ermənistanda hökumət binası qarşısındaetiraz aksiyası

Ermənistanda ticarət obyektləri işçilərinin tətili davam edir. Paytaxt Yerevanda hökumət binası qarşısında toplaşanlar qanunsuz yoxlamaların dayandırılmasını, hüquqlarının bərpasını tələb ediblər.

Xatırladaq ki, aprelin 21-dən Yerevandakı bütün iaşə obyektləri bağlanılıb. Narazı mağaza sahibləri yenidən hökumət binasının qarşısına toplaşıblar. Baş nazir Karen Karapetyana onların üzləşdikləri maneələri həll etmək üçün bir neçə gün vaxt verən işçilər artıq səbir etmək istəmədiklərini deyirlər. Etirazçılar israr edirlər ki, baş nazir onlarla görüşməli və tələblərini dinləməlidir. Əks təqdirdə, etiraz aksiyalarını müsbət cavab alanadək davam etdirəcəklər. Mağaza sahibləri onlara addımbaşı maneələr yaradan ölkədə çalışmaq istəmədiklərini deyirlər.

Ticarət obyektlərinin işçiləri ayda bir neçə dəfə aparılan yoxlamaların dayandırılmasını, vergilərin azaldılmasını tələb edirlər. Tələblərdən biri də dünyada geniş tətbiq olunan “bir pəncərə” sisteminə keçiddir ki, Ermənistanda bu qaydadan hələ də istifadə olunmur. Ona görə də insanlar saatlarla idarə-müəssisələrdə vaxt itirirlər.

Etirazçılar bildiriblər ki, artıq bir həftədir vergi orqanları satış yarmarkalarında yoxlamalar həyata keçirir, sənədlər istəyir, müxtəlif üsullarla ticarət işçilərini sıxışdırır. “Bizi sakit buraxın”, – deyə şüarlar səsləndirən aksiya iştirakçıları müfəttişləri onlardan əl çəkməyə çağırıblar. Onlar bildiriblər ki, hakimiyyət büdcənin doldurulması işində bütün əsas yükü kiçik və orta bizneslə məşğul olanların üzərinə qoymağa çalışır(azərtac).