XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

26 Aprel 2017 - 18:31

Bu il “Petkim”ə təxminən 100 mln. dollarsərmayə yatırılacaq

Türkiyənin ilk və yeganə neft-kimya istehsalçısı olan "Petkim"ə bu il 100 mln. ABŞ dolları həcmində sərmayə yatırılması nəzərdə tutulub.

"Report" xəbər verir ki, bunu əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan "Petkim Holding"in baş direktorunun müavini Bilal Quliyev bildirib.

Onun sözlərinə görə, investisiya proqramına əsasən, I rübdə bu vəsaitin bir hissəsi artıq istifadə olunub: "Petkim"in builki ümumi büdcəsi 200 mln. dollar, investisiya büdcəsi isə təxminən 100 mln. dollar həcmindədir. "Petkim"in tam gücündə fəaliyyətini davam etdirməsi üçün daim investisiya həyata keçirilməlidir. Hər zaman "Petkim"də yenilənmə işləri görülür. Hazırda "Petkim" tam gücündə işləyir, 50-yə yaxın məhsul istehsal olunur".