XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 November 2015 - 19:34

Saakaşvili ilə dövlət çevrilişi iddiası – Gürcüstanın məşhur müğənnisi dindiriləcək

Gürcüstanın məşhur müğənnisi Sofo Nijaradze Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinə dindirilmək üçün çağırılıb.

Bu barədə informasiyanı Nijaradze öz Feysbuk hesabında yayıb. Nijaradze sabah 12:00-da əks-kəşfiyyat idarəsinin əməliyyatçıları tərəfindən dindiriləcək.

Nijaradze ilə bərabər eks-prezident Mixail Saakaşvilinin keçmiş mühafizə rəisi Temur Canaşiya da kəşfiyyat idarəsinə çağrılıb. Hər iki şəxs Mixail Saakaşvilinin Gürcüstanda çevriliş etmək istəməsində günahkar bilinir(Axar.az).

Qeyd edək ki, Sofo Nijaradze Gürcüstanı 2010-cu “Avroviziya” beynəlxalq mahnı yarışmasında təmsil edib.