XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

26 Aprel 2017 - 20:45

Rusiya Suriyadakı Hmeymim bazasından aviaqruplaşmalarınınyarısını çıxarıb

Rusiya əvvəlcədən Suriyadakı Hmeymim bazasında yerləşən aviaqruplaşmalarının təxminən yarısını çıxarıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, general-polkovnik Sergey Rudskoy VI Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında bildirib.

Onun sözlərinə görə, ölkədə terror qruplaşmalarının sayı azaldığından hərbçilər təyyarələrin sayını azaltmağı mümkün hesab edib.

S.Rudskoy deyib ki, Suriyada hərbi əməliyyatların başlamasından bu yana Rusiyanın Hava-Kosmik Qüvvələri 23 mindən çox hərbi uçuş həyata keçirib və yaraqlıların mövqelərinə 77 minə yaxın aviazərbə endirib.