XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

26 Aprel 2017 - 22:42

Avropada epidemiya:bu 14 ölkədən uzaq durun

2017-ci ilin əvvəlindən etibarən Avropanın 14 ölkəsində qızılca epidemiyası barədə xəbərdarlıq edilib.

Trend-in məlumatına görə, ən çox xəstə Rumıniya və İtaliyada qeydə alınıb. Bu ölkələrdə ölüm hallarının da qeydə alındığı məlumat verilib.

Bundan başqa, qızılca epidemiyası Avstriya, Bolqarıstan, Belçika, Çexiya, Macarıstan, Fransa, Almaniya, İsveç, Portuqaliya, İslandiya, İspaniya və İsveçrədə qeydə alınıb.

Mütəxəssislərin fikrincə, bu xəstəliiyin yayılmasına səbəb əhali arasında peyvənd olunanların azalması göstərilir.