XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 April 2017 - 00:23

İran-Pakistan sərhədində gərginlik –10 İran əsgəri öldürüldü, yaralılar var

İranın Sistan və Bəlucistan əyalətində Pakistanla sərhəddə sərhəd polisi və silahlı qruplaşma arasında silahlı insident baş verib.

Sərhəd polisi və silahlılar arasında baş verən atışma nəticəsində 10 İran sərhədçisi ölüb, 3-ü yaralanıb.

Silahlıların itkisi barədə məlumat verilmir. 

İran polisinin məlumatına görə, sərhədçilər Pakistan ərazisindən atəşə tutulub.

Hazırda hadisə yerində tədqiqat aparılır. 

APA