XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

03 Noyabr 2015 - 03:20

Rusiyada Moskva-İrəvan avtobusu aşıb: 6 ölü, 17 yaralı

Rusiyanın Tula vilayətində “Moskva-İrəvan” avtobusu aşıb, 6 nəfər ölüb, 17 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə bölgənin xilasetmə qurumlarındakı mənbə bildirib.   

Məlumata görə, “Moskva-İrəvan” avtobusu M4 “Don” magistral yolda aşıb. “Qəza yolun 220-ci km-də, İlyinka yaşayış məntəqəsindən 2 km aralıda baş verib. İlkin məlumata görə, “Hyundai” markalı avtobus idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi aşıb. Qəza nəticəsində 23 nəfər xəsarət alıb, onlardan 6 nəfəri ölüb”, – deyə mənbə bildirib. Avtobusun Rusiya dövlət nömrə nişanı ilə hərəkət etdiyi bildirilir.  Məlumata görə, 16 nəfər müxtəlif xəsarətlərlə Uzlovaya şəhər xəstəxanasına, bir nəfər isə Kireyevsk xəstəxanasına yerləşdirilib.