XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

27 Aprel 2017 - 14:07

Tramp daha bir qərarını geri çəkdi –ABŞ NAFTA-dan çıxmayacaq

ABŞ hələlik Meksikanın və Kanadanın daxil olduğu Şimali Amerika Azad Ticarət Assosiasiyasından (NAFTA) çıxmayacaq.

BBC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Qeyd edək ki, NAFTA sazişinə xitam verilməsi D.Trampın seçkiqabağı kampaniyasında səsləndirdiyi vədlərdən biri idi.

Şimali Amerika Azad Ticarət Assosiasiyasının yaradılması üzrə saziş 1994-cü ildə qüvvəyə minib. İndi Vaşinqton seçkidən əvvəl D.Trampın iş yerlərinin qatili və tarixdəki ən pis ticarət razılaşması adlandırdığı sənədin şərtlərinə yenidən baxılmasını istəyir.

Dünən ABŞ lideri Kanadanın Baş naziri Castin Trüdo və Meksika Prezidenti Enrike Penya Nyeto ilə danışıqlar aparıb.

"NAFTA şərtlətinin dəyişdirilməsi üzrə danışıqların yekun nəticəsinin hər üç ölkəni daha yaxşı və güclü edəcəyinə inanıram", – Ağ Evin mətbuat xidməti D.Trampın sözlərindən sitat gətirib.

Bu xəbər ABŞ-ın birtərəfli qaydada NAFTA-dan çıxacağını gözləyən bazarlar üçün gözlənilməz olub. Meksika pesosu və Kanada dolları ABŞ valyutasına qarşı möhkəmlənib, hərçənd həftənin əvvəlində onlar ucuzlaşmışdı.

Report