XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Aprel 2017 - 16:41

Parisdə orta məktəb və lisey şagirdləri iğtişaş saldı –Prezidentliyə namizədlərə qarşı

Bu gün səhər Parisdə orta məktəb və lisey şagirdləri prezident seçkilərində ikinci tura çıxmış hər iki namizədə qarşı icazəsiz aksiya keçirib.

“RİA Novosti”nin verdiyi məlumata görə, Fransa prezidentliyinə namizədlər – sabiq iqtisadiyyat naziri Emmanuel Makron və Milli Cəbhə Partiyasının lideri Marina Le Pen əleyhinə aksiyada 100-ə qədər şagird iştirak edib.

Aksiya iştirakçıları bir neçə məktəbin fəaliyyətinin tam, yaxud qismən dayanmasına nail olublar. Daha sonra onlar Respublika meydanına, oradan isə Bastiliya meydanına doğru hərəkət ediblər. Aksiya iştirakçılarının bəziləri mağazaların vitrinlərini sındırıb, yandırıcı maddələr atıblar. İştirakçılar polisə "butılka" və zibil atıb, polis isə aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, ötən bazar Fransada keçirilən prezident seçkilərində 24,01 faiz səs alan E. Makron və 21,3 faiz səs alan M. L. Pen ikinci turda yarışacaq. Prezident seçkilərinin ikinci turu mayın 7-də keçiriləcək.

APA