XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

02 Aprel 2015 - 09:01

Pakistanın keçmiş prezidenti Muşərrəf həbs ediləcək

Keçmiş prezident əvəllər girov qoymaqla həbsdən yayınmışdı

Картинки по запросу парвиз мушарраф в зале суда

Pakistanın paytaxt məhkəməsi ölkənin keçmiş prezidenti Pərviz Muşərrəfin girov qoyulmasını nəzərdə tutmayan həbsi barədə order verib.

Strateq.az xarici KİV-ə əsasən xəbər verir ki, əvvəllər elə bu məhkəmə girov qoyulmasını nəzərdə tutan oxşar order vermişdi və siyasətçi 100 min Pakistan rupisi (təxminən, min dollar) ödəməklə həbsdən yayına bilmişdi.

Məhkəmə bu qərarı 2007-ci ildə xüsusi təyinatlıların Lal-Məscidə basqısı zamanı ruhani Əbdül Rəşid Qazinin qətli haqda iş üzrə növbəti iclasa siyasətçinin gəlməməsindən sonra qəbul edib.

Məscid əhli 2007-ci ildə Pakistanın hüquq məkanından çıxdığını və öz ərazisində şəriət qanunlarını tətbiq etdiyini bildirmişdi. Hökumətin məscidə həmləsi 100-ədək insanın həlakına səbəb olmuşdu. Məscidin imamı, onun anası və qardaşı oğlu ölürülənlər içində idi. İmamın oğlu Harun Rəşid Qazinin tələbi ilə 2013-cü ilin sentyabrında hadisə ilə bağlı cinayət işi qaldırılıb.

Keçmiş prezident həm də “2007-ci ildəki iğtişaşlar vaxtı ölkədə fövqəladə vəziyyət elan edilməsi və konstitusiyanın fəaliyyətinin dayandırılması”na görə ittiham edilir.