PKK terror təşkilatının hərbi qolu olan YPG qruplaşması Bitlis əyalətində 12 türk hərbçisinin ölümü ilə nəticələnən son iki hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə qruplaşmanın yaydığı açıqlamada bildirilir.
Məlumata görə, aprelin 25-də YPG terror qruplaşmasının qadınlardan ibarət “YJA-Star” dəstəsi Şeyx Kuma rayonunda yerləşən hərbi hissəni qumbaraatanlardan atəşə tutub. Nəticədə 10 hərbçi həlak olub.
Aprelin 26-da HPG terrorçuları Hizan rayonunda hərbçiləri atəşə tutublar. Nəticədə iki hərbçi həlak olub.
APA