XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 November 2015 - 09:24

Hər 10 dəqiqədə 1 belə körpə doğulur – Acı statistika

Dünyada hər 10 dəqiqədən bir vətəndaşlığı olmayan körpə doğulur. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının hesabatında bildirilir.

Qurumun fikrincə, problemin bu qədər dərinləşməsi Suriya münaqişəsi ilə bağlıdır. Suriyadakı vətəndaş müharibəsindən və terrorçulardan qaçan yerli əhali başqa ölkələrə sığınmağa məcbur olub: «Qaçqınların sayının artması digər ölkələrdə doğulan körpələrin də sayının artmasına səbəb olur. Bu cür uşaqlar lazımi tibbi yardım və təhsil hüququndan da məhrum olurlar».