XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

28 Aprel 2017 - 07:41

Tillerson:“İran hazırda ABŞ və bölgənin stabilliyi üçün ciddi təhlükə mənbəyidir”

ABŞ dövlət katibi Reks Tillerson İranı ölkəsi üçün ən əsas təhlükə mənbəyi olduğunu bəyan edib. 

“İran hazırda ABŞ və bölgənin stabilliyi üçün ciddi təhlükə mənbəyidir”, – deyə Tillerson qeyd edib.

Jurnalistin “Ağ Ev Dövlət Departamentini İrana qarşı daha sərt mövqedən çıxış etməyi məcbur edib?” sualına Tillersonun cavabı belə olub: “Ağ Ev hesab edirdi ki, İrana yalnız Birgə Hərtərəfli Fəaliyyət Planı prizmasından yanaşmaq olmaz və mən bununla tam razıyam”.       

Onun sözlərinə görə, ABŞ-ın İrana qarşı iddialarını tək sanksiyaların ləğvi ilə nəticələnmiş nüvə razılaşması kontekstində deyil, ümumi, kompleks şəklində nəzərə almaq lazımdır.

Tillerson, ABŞ-ın İranı terrorizmin sponsoru olduğunu hesab etdiyini, ballistik raket istehsalı proqramına görə Tehrana qarşı əlavə sanksiyaların tətbiq edildiyini xatırladıb.  (APA)