XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

28 Aprel 2017 - 10:25

Xameneyi:“Bu gün bir çox müsəlman ölkəsi "islam mahiyyəti"nə malik deyil”

“Bu gün bir çox islam ölkəsi "islam mahiyyəti"nə malik deyil. Düşmənlər onların mədəniyyətinə, etiqadlarına, iqtisadiyyatına, inanclarına, siyasətlərinə və ictimai münasibətlərinə müdaxilə qüdrətinə malikdirlər və  müsəlmanlar arasında nifrət və düşmənçilik törədirlər”.

Strateq.az İRİB-ə istinadən bildirir ki, bu sözləri İranın ali dini lideri, ayətullah Xameneyi 34-cü Beynəlxalq Quran Müsabiqəsinin seçilmiş iştirakçıları ilə görüşündə deyib.

Xameneyi müsəlmanların bu günkü problemlərini "Qərbin mədəni, siyasi və iqtisadi hegemoniyası"nın nəticəsi adlandırıb. Onun sözlərinə görə, bu gün islam ölkələrinin  Amerika, İsrail qarşısındakı vəziyyəti onların Qurandan uzaq düşməsindən qaynaqlanır: “Təəssüflər olsun ki, müsəlman xalqlar və islam ölkələri Qurandan uzaq düşüblər və onun təlimlərindən xəbərsizdirlər”.