XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 November 2015 - 09:52

ABŞ-ın gözündəki “tir”: Əfqanısatanda ABŞ ordusunun 43 milyonluq yeyintisi aşkarlandı

Azərbaycan hakimiyyətini korrupsiyaya bulaşmaqda ittiham edən ABŞ-ın heç özünün də bizimkilərdən daha təmiz olmadıqları ortaya çıxıb.

Strateq.az xəbər verir ki, ABŞ ordusu Əfqanıstanda böyük bir mənimsəməyə əl atıb. Məlumata görə, bazar dəyəri uzağı 300 min dollara başa gələcək bir layihəyə görə, büdcədən 43 milyon dollar silinib.

Həqiqi dəyərindən 140 dəfə çox olan bu yeyintini Con Sapko adlı bir müfəttiş ortaya çıxarıb. Müfəttişin ABŞ Müdafiə naziri Aşton Karterə yazdığı məktubda bildirilir ki, Əfqanıstanın Şibirqan əyalətində nəqliyyat vasitələrinin sıxılmış qaza keçməsi üçün qazdoldurma stansiyası inşa edilib. ABŞ ordusunun inşa etdiyi bu stansiyaya rəsmi sənədlərdə 43 milyon dollar xərcləndiyi yazılıb. Müfəttişin araşdırmaları isə bu tikintinin uzağı 300 min dollara başa gələ biləcəyini müəyyənləşdirib.

ABŞ rəsmilərinin bu yeyinti faktına necə reaksiya verəcəkləri maraqla gözlənilir. Müfəttişin fakt qarşısında qoyduğu Pentaqon ya əsl günahkarı cəzalandırmalı, ya da öz gözlərindəki tiri görmədən başqa gözdə qıl axtardıqlarını sübut etməlidir. ABŞ hərbi iradəsinin hansı yolu tutacağını yaxında görə biləcəyik.