Misirdə qəzaya uğramış Rusiya təyyarəsinin qalıqları olan ərazidə işləyən ekspertlər A321 təyyarəsinin konstruksiyasına aid olmayan elementlər aşkar ediblər.
Strateq.az bildirir ki, bu barədə TASS-a Qahirədəki informasiyalı mənbələr məlumat verib. “Ekspertlər qəza zonasında təyyarənin konstruksiyasına aid olmayan detallar tapıblar”, -deyə mənbə bildirib. Bu elementlər ekspertizaya göndərilib. Bununla bağlı rəsmi məlumat açıqlanmır.
Xatırladaq ki, Misirdə qəzaya uğrayan rus təyyarəsində olan 224 sərnişin həlak olub.