XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 April 2017 - 15:15

Tehranın imamcüməsi Xatəmi:“İranın gələcək prezidenti korrupsiyaya qarşı sərt və qətiyyətli mövqe tutmalıdır”

“İranın gələcək prezidenti xalqın məişət problemlərinə xüsusi diqqət yetirməli və eləcə də korrupsiya və məmur hərəkətlərinə qarşı sərt və qətiyyətli mövqe tutmalıdır”.

Strateq.az İRNA-ya istinadən bildirir ki, bu sözləri Tehranın imamcüməsi Ayətullah Seyid Əhməd Xatəmi cümə xütbəsində bəyan edib.

Ayətullah Xatəmi bildirib ki, mayın 19-da keçiriləcək prezident seçkilərində xalq layiqli şəxsi bu posta seçəcək. O, İran İslam Respublikasının hazırkı prioritetinin xalqın 2017-ci il 19 may seçkilərində seçki məntəqələrində əzəmətli iştirakının olduğunu deyib: “Düşmən mediasının İran seçkilərinə müdaxiləsi xalqın geniş iştirakı ilə uğursuz qalacaq”.