XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2015 - 11:28

Prezidentə sui-qəsd hazırlayan dəstə həbs olundu

çeçenistan prezidenti Ramzan Kadırova sui-qəsd hazırlayan silahlı dəstə həbs olunub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, 20 nəfər gəncdən ibarət dəstə tez-tez paytaxt Qroznıdakı məscidlərin birində bir araya gəlirmiş. Dəstəyə İlyas Xizriyev adlı gənc rəhbərlik edir. Xizriyevin İŞİD üzvü olduğu bildirilir.

Məsələyə münasibət bildirən prezident Kadırov baş verənləri gənclərin yanlış cərəyanların təsiri altına düşməsi ilə əlaqələndirib. 

Qeyd edək ki, Ramzan Kadırov İŞİD-i İslam yox, İblis dövləti adlandırır və çeçenistanda bu qruplaşmaya aid insanlara yer olmadığını bildirir.