XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

28 Aprel 2017 - 19:13

Rusiya Ukraynanın sabiq baş naziri Yatsenyuku beynəlxalq axtarışa verib

Rusiya Ukraynanın sabiq baş naziri Arseniy Yatsenyuku beynəlxalq axtarışa verib.

“RİA Novosti”nin verdiyi məlumata görə, bunu Rusiya Baş Prokurorluğun rəsmi nümayəndəsi Aleksandr Kurennoy deyib.

O bildirib ki, Ukrayna sabiq baş nazirinin axtarışı ilə bağlı materiallar İnterpola göndərilib.

Qeyd edək ki, Ukrayna Daxili İşlər Nazirliyi Rusiya hüquq-mühafizə orqanları İnterpola müraciətinin sürətini əldə etdiyini açıqlayıb. Bir müddət əvvəl Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin 1994-1995-ci illərdə Çeçenistanda keçirilən antiterror əməliyyatı zamanı rusiyalı hərbçilərə qarşı cinayətlərdə Ukraynanın rəsmi şəxslərinin iştirak etdiyini açıqlayıb. O bildirib ki, istintaq həmin illərdə A. Yatsenyukun “Arqo” və “Vikinq” dəstələrin tərkibində Rusiyaya qarşı müharibə apardığını müəyyən edib.