XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

29 Aprel 2017 - 10:46

Qırğızıstanda fövqəladə hadisə:torpaq altında qalanlar var

Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ölkənin cənubundakı Oş bölgəsinin Özgən rayonunun Ayu kəndində torpaq sürüşməsi baş verib.

Azərtac RİA Novosti agentliyinə istinadla xəbər verir ki, torpaq sürüşməsi nəticəsində 10-a yaxın ailədən 20-dən çox insan torpaq altında qalıb. Hazırda xilasedicilər hadisə yerinə cəlb olunub.

Xatırladaq ki, Özgən rayonunda təxminən bir ay əvvəl baş verən torpaq sürüşməsi bir ailədən 6 nəfərin ölümünə səbəb olmuşdu.