Suriyalı müxaliflər Bəşər Əsəd tərəfdarı olan 400 döyüşçünü dəmir qəfəsə salıblar. Müxaliflər bununla Rusiyadan aviazərbələri dayandırmağı tələb edirlər.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «The Independent» nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, müxaliflər döyüşçülərin Dəməşqin 10 kilometrliyində yerləşən Duma şəhəri boyunca dəmir qəfəsdə gəzdiriblər və bunu videolentə alıblar.