XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 April 2017 - 13:16

ABŞ-dan Belarusla bağlıyeni qərar

ABŞ Maliyyə Nazirliyi Belarus iş adamlarına qarşı sanksiyaların dayandırılması barədə qərarın müddətini daha 6 ay müddətinə uzadıb.

Nazirlik qərarı ABŞ Dövlət Departamenti ilə məsləhətləşmələrdən sonra qəbul edib.

Qərara əsasən qarşıdakı yarım il ərzində ABŞ prezidentinin 13405 saylı sərəncamının təsiri altına düşən Belarus iş adamları ilə sazişlərin bağlanmasına hər hansı məhdudiyyət qoyulmur.

Eyni zamanda həmin şəxslərin mülkiyyətinin üzərindəki həbs də götürülür.

Xatırladaq ki, məlum sanksiya qərarı 2006-cı ildə ABŞ prezidenti Corc Buş tərəfindən verilmişdi. Səbəb Belarusda insan haqlarının pozulması idi(azadliq.info)