XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

29 Aprel 2017 - 13:26

Bu gün “Brexit”lə bağlı xüsusisammit keçiriləсək

Bu gün Brüsseldə Avropa Birliyinin 27 ölkəsinin liderlərinin iştirakı ilə “Brexit” (Britaniyanın AB-dən çıxması) üzrə xüsusi sammit keçiriləcək.

Bu barədə məlumat Avropa Birliyinin rəsmi saytında yayılıb. Sammitdə “Brexit”lə bağlı bir neçə sənəd təsdiqlənəcək.

Bu sənədlər danışıqlar üçün əsasları və AB-nin bu danışıqlarda tutacağı mövqeyi əks etdirəcək. Əsas prinsiplər layihəsi martın 31-də Avropa Birliyi Şurasının sədri Donald Tusk tərəfindən təklif olunaraq üzv dövlətlərə təqdim edilib.

Xatırladaq ki, martın 29-da “Brexit”lə bağlı rəsmi prosedur başladılıb(azadliq.info).