XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

29 Aprel 2017 - 13:55

ABŞ-ın aviadaşıyıcı gəmilər qrupu Yapon dəniziakvatoriyasına daxil olub

Başda “Carl Vinson” atom təyyarədaşıyan gəmisi olmaqla, ABŞ Hərbi Dəniz Qüvvələrinin aviadaşıyıcı qrupu aprelin 29-da Koreya boğazını keçərək Yapon dənizinə daxil olub.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bununla yanaşı, aprelin 23-dən bu aviadaşıyıcı qrupla müştərək manevrlər edən Yaponiyaya məxsus iki gəmi təlimləri başa vuraraq digər gəmilərdən ayrılıb.

Eyni zamanda, Yaponiyanın NHK telekanalı KXDR-in aprelin 29-da növbəti raket sınağı həyata keçirdiyini xatırladıb. CNN telekanalı isə öz növbəsində ABŞ-ın rəsmi nümayəndəsinə istinadla Şimali Koreyanın buraxdığı raketin Yapon dənizinə çatmadan havada partladığını bildirib. Telekanalın hesablamasına əsasən, bu, Donald Trampın 100 günlük prezidentliyi ərzində KXDR-in 9-cu raket sınağıdır.