XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 November 2015 - 20:45

Rusiyanın Suriya əməliyyatlarının statistikası: 2084 hədəf vuruldu

 

“Rusiya Suriyada təşkil etdiyi hava əməliyyatlarında min 631 uçuş həyata keçirib, 2 min 84 hədəfi sıradan çıxarıb”.

Starteq.az-ın bildirdiyinə görə, bu məlumatı Rusiya ordusunun Baş qərargahı Baş əməliyyat dairəsinin rəhbəri Andrey Kartapolov açıqlayıb. Sentyabrın 30-dan bu yana Suriyada keçirilən hava əməliyyatlarıyla bağlı statistik məlumatları açıqlayan rus hərbçisi həmçinin İŞİD və əl-Nusranın 52 təlim düşərgəsini, 40 partlayıcı emalatxanasını və 155 silah anbarının məhv etdiklərini də diqqətə çatdırıb.

Rusiya Müdafiə Nazirliyinin suriyalı bəzi müxalif qrupun liderləriylə əlaqə qurduğunu da gizlətməyən Kartapolov Palmira, Deyr əz-Zor və Hələbdə bu gün vurulan 24 hədəfin koordinatlarını həmin qaynaqlardan aldıqlarını vurğulayıb. Ruslara məlumat ötürən suriyalı müxaliflərin adlarını açıqlamayan Kartapolov “hava hücumlarında terrorist qrupların ağır itkilər verdiyini” bildirib.