ABŞ-ın qabaqcıl enerji şirkətlərindən olan “ExxonMobil”in bu ilin ilk rübündəki xalis mənfəəti 2016-cı ilin eyni dövründəki göstərici – 1,8 milyard dollar ilə müqayisədə 22 faiz artaraq 4 milyard dollar təşkil edib.
AZƏRTAC şirkətə istinadla xəbər verir ki, “ExxonMobil”in cari ilin birinci rübündəki gəliri isə keçən ilin eyni dövrünə nisbətdə 30 faiz artaraq 63,3 milyard dollar olub. Şirkətin 2016-cı ilin ilk rübündəki gəliri 48,7 milyard dollar idi.
Şirkətin yanvar-mart aylarında kapital və kəşfiyyat xərcləri 18 faiz azalaraq 4,2 milyard dollar təşkil edib. Ötən ilin eyni dövründə isə bu göstərici 5,1 milyard dollar olmuşdu.