XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

04 Noyabr 2015 - 05:23

İsrail ədaləti: Daş atan uşaqlara 3 il həbs

 

İsrail parlamenti yəhudi işğallarına daş ataraq etirazını bildirənləri cəzalandırmağı nəzərdə tutan qanun maddəsinə dəyişiklik edib. Əvvəlki maddəyə görə 7 ay nəzərdə tutulan cəza müddəti yeni dəyikliklərə əsasən 3 il olacaq.

Strateq.az xəbər verir ki, qanun layihəsi 17 əleyhinə, 51 lehinə səslə parlamentdə qəbul edilib. 120 üzvü olan İsrail parlamentinin daxili nizamnaməsinə görə, istənilən qanunun qəbulu üçün deputatların ümumi sayı əsas deyil. Müzakirədə iştirak edən millət vəkillərinin yarısından çoxu səs versə, qanun qüvvəyə minir. Məlumatdan belə anlaşılır ki, bu layihənin müzakirəsinə sadəcə 68 millət vəkili qatılıb. Onların böyük əksəriyyəti isə daş atanların daha ağır cəzalandırılmasına səs veriblər.

Qeyd edək ki, yəhudilər uzun illərdən bəridir, fələstinlilərin yaşadıqları ərazilərə məskunlaşırlar. Bir zamanlar ancaq Təl-əviv çevrəsində yerləşən sionist iradə ölkəyə gətirdiyi yeni köçkünləri Fələstin torpaqlarında məskunlaşdıraraq ərazilərini xeyli böyüdür və yerli ərəblərı sıxışdırıb didərgin salır. Hazırda fələstinlilər yalnız Qərbi Şəria və Qəzzaya sıxışdırılsa da, iki bölgə arasında torpaq əlaqəsi belə qalmayıb.

Dinc fələstinlilər yəhudi işğallarına qarşı yalnız daşlarla müqavimət göstərirlər. Dünyanın ən qüdrətli hərbi qüvvələrindən sayılan İsrail tanklarının qarşısına daşla çıxanlar, adətən, fələstinli uşaqlar olurlar. Ərəblər bu mübarizə taktikasıyla uşaq toxunulmazlığından faydalanaraq öz etirazlarını bildirməyə çalışırlar. Yeni qanuna əsasən isə, həmin daş atan uşaqları 3 il müddətinə azadlıq məhkum olmaq taleyi gözləyir.

Qanun dəyişikliyinin xüsusilə indi qəbul edilməsi səbəbsiz deyil. Artıq bir aydır ki, yəhudi mühacirlər İsrail ordusunun dəstəyinə arxalanaraq fələstinlilərə qarşı təxribatçı hərəkətlərini artırıblar. Onlar böyük qruplar halında gah müsəlmanların ən müqəddəs məkanı hesab edilən Məscidi-Əqasaya girir, gah da yerli əhalinin torpaq sahələrində özlərinə ev tikirlər. Təbii ki, bu da iki topluluq arasında ziddiyyətləri alovlandırır.  Fələstinlilər bu işğallara qarşı mübarizədə öz ənənəvi silahlarına-daşa əl atmalı olurlar. Qarşılarına isə İsrail ordusu çıxır. Məlumatlara görə, son bir ayda əsgərlərin daşlı etiraza müdaxiləsi nəticəsində 70-dən artıq fələstinli dünyasını dəyişib.

 

Bu uşaqları bundan sonra 3 il həbs gözləyir: