XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

29 Aprel 2017 - 17:17

Braziliyada etirazçılar prezidentininevini daşa basdıılar

Braziliyanın San-Paulu şəhərində etirazçılar ölkə prezidenti Mişel Temerin evi qarşısında iğtişaş törədiblər.
 
APA-nın məlumatına görə, bu barədə yerli  “Globo” telekanalı xəbər verib.
 
Məlumata əsasən, hazırda M.Temer ölkənin paytaxtı Brazilia şəhərindədir. Buna baxmayaraq, etirazçılar ölkə başçısının yaşadığı binanı daşa basıb, fişənglər atıblar. Hadisə yerinə xeyli sayda polis cəlb edilib.
 
Hökumət əleyhinə şüarlar səsləndirən aksiya iştirakçıları ölkə başçısının təklifi ilə nəzərdə tutulan pensiya islahatı və əmək qanunvericiliyinə dəyişikliklərə etiraz edirlər. Aprelin 28-də Braziliyanın əksər regionlarında ümummilli tətil keçirilir.