XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

29 Aprel 2017 - 18:32

Aİ liderləri Londonla “Brexit” danışıqlarının prinsipləriniyekdilliklə dəstəkləyib

Avropa İttifaqına üzv ölkələrin liderləri Brüsseldə keçirilən sammitdə Böyük Britaniya ilə onun Aİ-nin tərkibindən çıxması (“Brexit”) barədə danışıqlar üçün hazırlanan direktivləri yekdilliklə dəstəkləyib.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Avropa Şurasının sədri Donald Tuskun “Twitter” səhifəsində yerləşdirilib.

Xarici KİV-lər bu qərarın Londonla danışıqlar astanasında Avropa İttifaqının birliyini nümayiş etdirdiyini vurğulayır.

Qeyd edək ki, Avropa İttifaqının 27 ölkəsinin (Böyük Britaniya istisna olmaqla) dövlət və hökumət başçıları Birləşmiş Krallığın Aİ-nin tərkibindən çıxması məsələsi üzrə gələcək danışıqların rəhbər prinsiplərini müzakirə və qəbul etmək üçün aprelin 29-da Brüsseldə toplanıb.