XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 April 2017 - 18:41

“Chevron”un gəliri vəxalis mənfəəti artıb

ABŞ-ın ən böyük ikinci neft şirkəti olan “Chevron”un cari ilin birinci rübündəki gəliri 2016-ci ilin eyni dövrü ilə müqayisədə 42 faiz artaraq 33,4 milyard dollara yüksəlib. Şirkət ötən ilin ilk rübündə 23,5 milyard dollar gəlir əldə etmişdi.

Azərtac şirkətə istinadla xəbər verir ki, “Chevron” cari ilin yanvar-mart aylarında 2,7 milyard dollar xalis mənfəət əldə edib. 2016-cı ilin ilk rübündə isə şirkət 725 milyon dollar zərərə uğradığını açıqlamışdı.

“Chevron”un hesabat dövründəki kapital xərcləri ötən ilin yanvar-mart aylarındakı göstərici – 6,5 milyard dollarla müqayisədə 32 faiz azalaraq 4,4 milyard dollara geriləyib.

Korporasiyasının rəhbəri Con Vatson deyib: "Xərclərimizi azaltmaqda davam edirik. Bu müddətdə gəlirlərimizi artırmaq üçün xam neftin qiymətinin bahalaşmasından uğurla istifadə edə bildik".