XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 November 2015 - 06:16

ABŞ Rusiyanın Suriya siyasətinə qarşı çıxdı

“Suriya müxalifətinin görüşlərdə iştirak etməsinin hələ zamanı gəlməyib”.

Strateq.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Elzavet Trudo deyib. Xanım diplomat bu fikirlərini Rusiyanın Suriya müxalifəti və Əsəd rejimi nümayəndələrinin Moskvada görüşünü təşkil etməsinə münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, Suriya müxalifətinin bu cür görüşlərdə iştirakının gələcək: “Amma görüşün yeri və zamanı fərqli olacaq. Hələlik isə o nöqtəyə gəlinməyib”.

Qeyd edək ki, Moskva məlum böhranını həll etmək üçün Suriya müxalifəti və iqtidarının bərabər  koalisiya hökuməti qurulmasını planlaşdırır. Bu məqsədlə də tərəfləri Moskvaya dəvət edib. ABŞ isə nədənsə bu fikrə qarşı çıxır. Elzavet Trudonun fikirləri də bunu təsdiqləyir.