XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 April 2017 - 19:22

Malta hökumətindəistefalar başladı

Aralıq dənizində yerləşən kiçik Malta dövləti artıq xeyli müddətdir ki, dünyanın diqqət mərkəzindədir. Ölkənin başlıca gündəmi hökumətə qarşı korrupsiya ittihamlarıdır.

Ötən il Panamada yerləşən və müxtəlif ölkələrin vəzifəli şəxslərinə məxsus çoxlu sayda ofşor şirkətlər haqqında məlumatlar yayıldı. Bəlli oldu ki, Maltanın hakimiyyət təmsilçiləri də Panamaya olan “sevgilərini” maddiləşdirməkdən çəkinməyiblər. Artıq xeyli müddətdir ki, ölkədə korrupsiya faktlarının doğurduğu skandallar səngimir. Hüquq-mühafizə sistemi hazırda bu faktların araşdırılması ilə məşğuldur. Qanunsuzluq faktlarını Baş nazir Muskat təkzib etsə də, ona inananların sayı sürətlə azalır. Hətta hakim siyasi düşərgədə çaxnaşmalar başlayıb.

Ölkənin Səhiyyə naziri Qodfrey Farrucia özünün FB səhifəsində bəyanatla çıxış edib. Farrucia hökuməti sərt tənqid edərək, baş verənlərin məsuliyyətini hakim partiyanın üzərinə qoyub və yaranmış vəziyyətdə yeganə çıxış yolunun nazir vəzifəsindən istefada gördüyünü bildirib(azadliq.info).