XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 April 2017 - 21:03

ABŞ Türkiyə sərhədindənəzarətə başladı

ABŞ qoşunları türk hərbçiləri və PYD-YPG silahlıları (PKK-nın Suriya qolu) arasında insidentlərin qarşısını almaq məqsədilə Suriya-Türkiyə sərhədini patrul etməyə başlayıb.
 

APA-nın xəbərinə görə, bu barədə “Wall Street Journal” nəşri ABŞ rəsmi şəxslərinə istinadən məlumat yayıb.
 
“ABŞ qüvvələri İŞİD-lə mübarizədəki səyləri heçə endirə biləcək  insidentlərin qarşısını almaq və bölgədə stabilliyi təmin etmək  məqsədi ilə Suriyanın şimalında keşik çəkməyə başlayıb”, – deyə nəşr beynəlxalq koalisiya qərargahının nümayəndəsi Con Dorriana istinadən bildirir.