XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

04 Noyabr 2015 - 07:48

Əfqanıstanda vəhşilik: Gənc qadın daşqalaq edilərək öldürüldü – FOTO

 

efqan dasqalaq.jpg

Mərkəzi Əfqanıstanda iddia edilən zinaya görə bir gənc qadın daşqalaq edilərək öldürülüb.

Strateq.az BBC-yə istinadən bildirir ki, bu barədə Əfqanıstan rəsmiləri açıqlama verib.

“Cəzanı” göstərən video internetdə yerləşdirilib. 30 saniyəlik klipdə ona daş atan əmmaməli kişilərin əhatəsində yerə basdırılmış qadın görünür. Yerli medianın yazdığına görə, qadın 19-21 yaşlarındadır və adı Rokşanadır. Video görüntüdən ona daşlar atılan zaman dəfələrlə və ümidsizcəsinə dua etdiyi eşidilir.

Tolo agentliyi xəbər verir ki, hadisə təxminən bir həftə əvvəl Taliban qrupunun nəzarətində olan mərkəzi Qor əyalətinin paytaxtında baş verib.  “Radio Free Europe”nın məlumatına görə, qQadın və onun 23 yaşlı nişanlısı evlənmək üçün yer tapmaq məqsədi ilə ailələrindən qaçıblar.

Qor rəsmiləri AFP agentliyinə bildirib ki, Rokşana taliban üzvləri, yerli din xadimləri və silahlı səhra komandirləri” tərəfindən daşa basılıb. Əfqanıstanda yalnız iki qadın rəhbərdən biri olan, əyalətin qubernatoru Sima Joyenda ailəsinin Rokşananı iradəsinə zidd olaraq ərə vermək istədiklərini deyib.

O, guya sevgilisi nikaha qədər cinsi münasibətdə olarkən tutulub. Bu hərəkət Əfqanıstanda bir çox mühafizəkar müsəlmanlar tərəfindən yolverilməz hesab olunur. “Bu ərazidə bu il baş verən ilk hadisədir, lakin sonuncu olmayacaq,” –deyə xanım Joyenda AFP-yə bildirib.

Qubernatorun sözlərinə görə, Rokshananın nişanlısına isə sadəcə şallaq cəzası verilib.