XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

04 Noyabr 2015 - 08:57

Misirdə yerə düşən Rusiya təyyarəsinin qəza səbəbi açıqlandı

 

teyare qeza.jpg

Rusiyanın A321 təyyarəsi texniki problemlər üzündən qəzaya uğrayıb.

Strateq.az bildirir ki, bu barədə Misirin “Al-Hayat”  telekanalının canlı efirində hökümət rəsmisi Husam əl-Kuveyş bildirib.   

Onun sözlərinə görə, sputnik məlumatları da daxil olmaqla bütün subutlar və şahidlər qəzanın texniki problem üzündən baş verməsini təsdiq edir.  

“ABŞ və Rusiyanın sərəncamında olan süni peyklər qəzanın terror nəticəsində baş verdiyini tam istisna edib. Bütün məlumatlar qəzanın təyyarənin daxilindəki texniki problem  üzündən baş verdiyini bildirir”, -deyə Kuveyş qeyd edib.  

Hökümət rəsmisinin sözlərinə görə, qəza zonasında axtarış əməliyyatı başa çatıb. “Misir höküməti Rusiya, Fransa, Almaniya və İrlandiyanın iştirak etdiyi təhqiqatın nəticələrini gözləyir”.