Misirin Əl-Ariş şəhərindəki Polis İdarəsində güclü partlayış olub.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə idarənin binası qarşısında minalanmış avtomobilin partlaması nəticəsində baş verib. Partlayış zamanı 6 nəfər ölüb, 10 nəfər yaralanıb.
İŞİD-in Misirdəki qanadı partlayışa görə məsuliyyəti üzərinə götürüb. Qruplaşma partlayışı «canlı bomba»ların törətdiyini bəyan edib.
Qeyd edək ki, okytabrın 31-də Rusiya təyyarəsi məhz Əl-Əriş şəhəri yaxınlığında qəzaya uğramış və İŞİD-in Misir qanadı təyyarəni onların vurduğunu bildirmişdi.