XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 May 2017 - 11:31

Fransızların 54 faizi Le Penin prezident olmasını istəmir –SORĞU

Fransızların 42 faizi prezidentliyə namizədlər – sabiq iqtisadiyyat naziri, “En Marche” Hərəkatının lideri Emmanuel Makron və “Milli cəbhə” partiyasının namizədi Marin Le Penin ölkəni vahid mövqedə birləşdirəcəyinə inanmır.

Bunu “İFOP” araşdırma şirkətinin keçirdiyi sorğunun nəticələri göstərir. Sorğunun nəticələrinə görə, fransızların 54 faizi Le Penin, 25 faizi isə Makronun prezident seçilməsinin narahat olduğunu bildirib. Fransızların 42 faizi Le Penin, 22 faizi isə Makronun terrorizmlə mübarizəni daha yaxşı aparacağına inanır. Sorğunun nəticələrinə əsasən 47 faiz hər iki namizədin tam mənada dürüst olmadığını düşünür. Fransa vətəndaşlarının 44 faizi isə hesab edir ki, hər iki namizədi onların problemləri maraqlandırmır. Respondentlərin 45 faizi isə düşünür ki, namizədlər işsizliyi aşağı salmağa nail ola bilməyəcəklər.

Qeyd edək ki, aprelin 23-də Fransada prezident seçkilərinin ilk turu keçirilib. Sabiq iqtisadiyyat naziri, “En Marche” Hərəkatının lideri Emmanuel Makron 23,75%, “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen isə 21, 53 % səs toplayıb. Respublikaçıların namizədi Fransua Fiyon 19,91 faiz səslə üçüncü, solçu namizəd Jan-Lyuk Melanşon isə 19,64 faiz səslə dördüncü yerdə qərarlaşıb.

Nəticə etibarı ilə Fransa prezidentliyi uğrunda mayın 7-də keçiriləcək seçkilərin ikinci turunda “En Marche” Hərəkatının lideri Emmanuel Makron və “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen mübarizə aparacaq. Makronun prezident seçilmə şansı rəqibinə nisbətən daha yüksək qiymətləndirilir. Səbəb ilk turda 19,91 faiz səs toplayan Respublikaçıların namizədi Fransua Fiyon və 19,64 faiz səslə dördüncü yerdə qərarlaşan solçu namizəd Jan-Lyuk Melanşonun Makronu dəstəkləməsi göstərilir.(azvision.az)