XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 May 2017 - 12:38

Prezident Tramp:“Öz əmisi hakimiyyəti ondan almaq istəyirdi, lakin o, saxlaya bildi”

ABŞ prezidenti Donald Tramp CBS telekanalının “Millətlə üz-üzə” proqramına müsahibəsi zamanı bəyan edib ki, Şimali Koreya lideri Kim Çen In hakimiyyətə gənc yaşlarında gəlib və ətrafında “sərt oğlanlar”ın olmasına baxmayaraq, vəzifəsini saxlaya bilib.

“İnsanlar soruşur – o, normaldır? Mənim bu barədə anlayışım belə yoxdur. Lakin o hakimiyyətə gələndə çox gənc idi – 26-27 yaşlarında atası ölən kimi. O, çox sərt oğlanlar – generallar və digər şəxslərlə işləməyə məcbur oldu. Çox gənc olmasına baxmayaraq, o, vəzifəsini saxlaya bilib. Mən əminəm ki, öz əmisi də daxil olmaqla bir çoxları hakimiyyəti ondan almaq istəyib. Lakin o, hakimiyyəti saxlaya bildi. Ona görə aydındır ki, ağıllı oğlandır”, – deyə Tramp bəyan edib.

Qeyd edək ki, 2013-cü ilin dekabrında Şimali Koreyada ölkənin totalitar lideri Kim Çen Inın əmisi Çan Son Txek edam edilib. Bir neçə gün əvvəl Çan Son Txek birbaşa hakim partiyanın toplantısı zamanı Dövlət Müdafiə Komitəsinin sədri vəzifəsindən alınaraq həbs edilmiş, ona qarşı hakimiyyəti devirmək məqsədilə qruplaşma yaratmaq ittihamı irəli sürülmüşdü.

Xatırladaq ki, Trampın hakimiyyətə gəlişindən sonra ABŞ-la Şimali Koreya arasında münasibətlər kəskin pisləşib. Hətta yeni müharibənin olacağı istisna edilmir.