Noyabrın 4-də Rumıniyanın Baş naziri Viktor Ponta hökumətin yerləşdiyi Viktoriya sarayında istefa verəcəyini bəyan edib.
Baş nazirin istefasına Buxarestin “Kolektiv” klubunda bir çox insanın ölümü və xəsarət alması ilə nəticələnmiş yanğından sonra 15 min vətəndaşın Buxarestin mərkəzi küçələrində etiraz aksiyası keçirməsi səbəb olub. Etirazçılar Baş nazir Viktor Pontanın, Baş nazirinin müavini Qabriel Opreanın, klubun yerləşdiyi 4-cü sektorun (rayonun) icra başçısı Cristian Piedonenin istefasını tələb ediblər.
Viktor Ponta yeni hökumət yaradılanadək vəzifəsini icra edəcəyini bildirib.
Xatırladaq ki, “Kolektiv” klubunun sahibləri həbs olunub. Hadisə ilə bağlı İstintaq davam edir.